Ukrayna: "Rusiya "Kinjal" və "Kalibr" raketləri ilə Kiyevi bombalayıb"


Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi Sergey Popko bildirib ki, Rusiya ordusu hipersonik Kinjal və uzaq mənzilli yüksək dəqiqlikli Kalibr raketləri ilə paytaxt Kiyevə hücum edib.


Popko administrasiyanın sosial media hesabından verdiyi açıqlamada Rusiyanın bu gün Kiyevə intensiv hava hücumu təşkil etdiyini bildirib.

Rusların ballistik, qanadlı raketlər və PUA-ları eyni anda istifadə etdiyini bildirən Popko, Kiyev ətrafındakı hava məkanında 6 "Kinjal" aerobalistik raketinin, 6 "Kalibr" qanadlı raketinin və 2 kəşfiyyatçı PUA-nın məhv edildiyini bildirib.

Popko, ilkin müşahidələrə görə hücumda can itkisi və ya dağıntının olmadığını qeyd edib.

Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sirskiy də Müdafiə Nazirliyinin Hərbi Mətbuat Mərkəzinin sosial media hesabından etdiyi yazılı açıqlamada şərq cəbhəsindəki baş verən hadisələr barədə məlumat paylaşıb.

Şərqdə vəziyyətin gərgin olaraq qaldığına diqqət çəkən Sirski, Ukrayna qoşunlarının cənubdan hücumuna və nəticədə rus qoşunlarının mövqelərini itirməsinə baxmayaraq, onlar öz əsas qüvvələrini Bəhmut istiqamətində yerləşdirməyə davam etdirdiyini bildirib.

Sirski rusları Bəhmut ətrafından uzaqlaşdırmaq üçün təpələri və meşə zolaqlarını yenidən nəzarətə götürərək müəyyən istiqamətlərdə hücum əməliyyatlarını davam etdirdiklərini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu