Ukrayna Rusiyanın 24 PUA-sını məhv etdiyini açıqlayıb
Ukrayna ordusu Rusiyanın 24 “Şahed” tipli pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Ukrayna Silahlı Qüvvələrindən verilən açıqlamada Rusiya ordusunun gecə saatlarında Ukrayna ərazisinə İHA-larla hücumlar təşkil etdiyi bildirilib.
Açıqlamada 28 “Şahed” tipli PUA-dan 24-nün Ukrayna müdafiə qüvvələri tərəfindən havada məhv edildiyi qeyd edilib.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko özünün Telegram kanalında qeyd edib ki, gecə saatlarında Kiyevə “Şahed” tipli PUA-larla hücum həyata keçirildiyini bildirib. Popko Kiyevin Solomyansk rayonunda çoxmərtəbəli binada dağıntıların və yanğının baş verdiyini qeyd edib. O, hücum nəticəsində 2 nəfərin yaralandığını bildirib.