Ukrayna: "Rusiya PUA-larla İzmail limanını vurdu"


Rusiyanın gecə saatlarında Ukraynanın Odessa vilayətindəki İzmail limanını vurduğu açıqlanıb.



Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamaya görə, Rusiya gecə saatlarında “Şahed” tipli PUA-larla Ukrayna ərazisinə hücum edib.

Rusiya ordusunun cənub-şərq istiqamətindən 38 PUA-nı havaya qaldırdığı qeyd edilən açıqlamada, 26 “Şahed” PUA-sı Ukrayna müdafiə qüvvələrinin digər bölmələri tərəfindən vurulduğu bildirilib.

Odessa Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper də sosial media hesabındakı paylaşımında Rusiyanın gecə saatlarında PUA-larla Odessaya hücum etdiyini yazıb.

İHA-ların çoxunun vurulduğuna diqqət çəkən Kiper, İzmail rayonundakı liman infrastrukturunun vurulması nəticəsində 2 nəfər yaralandığını qeyd edib.

Hücum zamanı nəzarət-buraxılış məntəqəsi binasına və anbarlara ziyan dəyib, təxminən 30 yük maşını və 6 qoşqu yanıb. Yanğının söndürüldüyü bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu