Ukrayna: "Odessa limanı Rusiya tərəfindən hücuma məruz qalıb"


Rusiyanın Ukraynanın Odessa vilayətinə gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücumu zamanı liman infrastrukturuna və taxıl anbarlarına ziyan dəydiyi açıqlanıb.


Ukrayna Cənub Müdafiə Komandanlığından verilən açıqlamada gecə saatlarında PUA və raketlərlə Ukraynaya hücum edən Rusiyanın Odessa bölgəsinə 19 "Şahed" tipli PUA və 2 "Onyx" səsdən sürətli raket göndərdiyi bildirilib.

Açıqlamaya görə, Rusiya qüvvələri Odessa vilayətinin liman infrastrukturuna zərbələr endirib. Odessa dəniz terminalına xeyli ziyan dəyib, terminalın fəaliyyət göstərməyən otelində yanğın baş verib və alov yanğınsöndürənlər tərəfindən tez bir zamanda söndürülüb.

Taxıl anbarlarının “Onisk” raketləri ilə dağıdıldığı və hücumda xəsarət alan olmadığı da paylaşılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu