Ukrayna: "Rusiya Odessada PUA-larla enerji infrastrukturunu vurdu"


Rusiya gecə saatlarında “Şahed” tipli pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Odessa vilayətində enerji infrastrukturunu vurub.



Ukrayna ordusunun “Cənub” Əməliyyat Komandanlığından verilən açıqlamada, Rusiya ordusunun “Şahed” tipli PUA-larla gecə saatlarında Ukraynanın cənub bölgələrinə hücum etdiyi bildirilib.

Açıqlamada Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən Nikolayev bölgəsində 6, Xerson və Odessa bölgələrində isə bir PUA-nın məhv edildiyi, Odessa vilayətində enerji infrastrukturu obyektinin vurulduğu bildirilib.

Açıqlamada enerji infrastrukturunda bir inzibati binaya ziyan dəydiyi, yanğının qısa müddətdə nəzarətə götürüldüyü, bir işçinin isə xəsarət alaraq xəstəxanaya aparıldığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu