Ukrayna: Rusiya Kiyevə ballistik raketlərlə, Odessa bölgəsinə isə İHA-larla hücum edib
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə, Odessa bölgəsinə isə “Şahed” tipli pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyi bildirilib.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada, Rusiya ordusunun gecə saatlarında PUA və ballistik raketlərlə Ukrayna ərazisinə hücum etdiyi qeyd olunub.
Açıqlamada 10 ədəd “Şahed” tipli PUA-nın aşkar edildiyi vurğulanıb və PUA-ların demək olar ki, hamısının Odessa vilayətində vurulduğu bildirilib.
Rusiyanın yerli vaxtla saat 03:00 radələrində Kiyevə raket hücumu təşkil etdiyinə diqqət çəkən açıqlamada, "Kiyev istiqamətində ballistik orbitdə uçan 10 hədəfin hamısı hava qüvvələrinin zenit bölmələri tərəfindən vuruldu" - deyə bildirilir.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi Sergey Popko sosial şəbəkədəki hesabında qeyd edib ki, Rusiyaya məxsus raket hissələrinin bir neçə yerə düşməsi nəticəsində evlərə, mənzillərə və avtomobillərə ziyan dəyib, 6-sı uşaq olmaqla 51 nəfər yaralanıb.