Rusiya Kiyevə ballistik raket atıb
Gecə saatlarından etibarən Ukrayna ərazisində kütləvi raket hücumları başlayıb.
AFN.az UNIAN-a istinadən xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko bildirib. Kliçko Rusiya Silahlı Qüvvələrinin İran istehsallı “Şahed” PUA-ları ilə hücuma keçdiyini deyib.
Raket hücumu ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində fasilələr tətbiq edilir. Mer qeyd edib ki, vəziyyətlə əlaqədar Kiyev vilayətində əhalinin 15 faizi işıqsız qalıb.
Ukrayan KİV-in məlumatına görə, paytaxt Kiyev şəhərinə ballistik raketlər atılıb. Paytaxtla yanaşı, Odessa və Xarkov şəhərlərində də partlayış səsləri eşidilib. Ölkə ərazisində hava hücumundan müdafiə sistemi işə düşüb.