Kiyevə raketlər və İran dronları ilə hücum edildi


Ukraynanın Kiyev, Jitomir və Vinnitsa vilayətlərində yenidən hava həyəcanı elan edilib.


AFN.az xəbər verir ki, sosial şəbəkələrdə Kiyevdə və Ukrayna paytaxtının kənarında partlayış səslərinin eşidildiyi barədə xəbərlər yayılıb.
Kiyevin meri Vitali Kliçko öz teleqram kanalında partlayışların şəhərin Şevçenko rayonunda baş verdiyini təsdiqləyib. Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Aleksey Kuleba hava hücumundan müdafiə vasitələrinin işə salındığını bildirib və sakinlərdən sığınacaqlarda qalmağı xahiş edib.
Eyni zamanda, Kliçko bildirib ki, dekabrın 14-də səhər Kiyevin və vilayətin səmasında İran istehsalı olan 10 pilotsuz təyyarə vurulub.
Kiyev administrasiyası bildirib ki, ilkin məlumatlara görə, pilotsuz təyyarələrdən birinin qalıqları Şevçenko rayonunda iki inzibati binaya ziyan vurub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər xülasəsində qeyd edilir ki, son sutka ərzində Rusiya qoşunları Ukraynaya bir hava və 11 raket zərbəsi endirib. Onlardan üçü mülki infrastruktura dəyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu