Kliçko bu gecə Kiyevə ən böyük kütləvi dron hücumunun olduğunu deyib


Gecə saatlarında Ukraynanın paytaxtına pilotsuz təyyarələr tərəfindən kütləvi hücum edilib.


AFN.az xəbər verir ki, bu haqda Kiyevin meri Vitali Kliçko bildirib. Onun sözlərinə görə, ümumilikdə 60 pilotsuz təyyarə buraxılıb, onlardan 36-sı Kiyevə istiqamətlənib. Bu, Kiyevə ən böyük kütləvi dron hücumu kimi dəyərləndirilib. Bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı paytaxt ərazisinə ən böyük kütləvi hücum zamanı 35 pilotsuz təyyarənin buraxıldığını açıqlamışdı.

Kliçko əlavə edib ki, hava hücumundan müdafiə sistemləri pilotsuz təyyarələri vurub. Beş nəfər yaralanıb. "Bir neçə pilotsuz təyyarənin qalıqları Svyatoşinski rayonunda bəzi sosial obyektlərə və çoxmərtəbəli yaşayış binasına ziyan vurub. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Amma şəhərin iki rayonunda beş nəfər yaralanıb. Onlardan üçü çoxmənzilli binadadır. İki zərərçəkən xəstəxanaya yerləşdirilib, onlardan biri əməliyyat olunub" - deyə mer əlavə edib.

Gecə saatlarında KİV-lər Ukraynanın paytaxtında və Kiyev vilayətində partlayışların baş verdiyi barədə məlumat yayıblar. Həmçinin mətbuatda Ukraynanın Çerniqov vilayətində baş verən partlayışlarla bağlı məlumat yayılıb.

Bazar ertəsi gecə Vinnitsa, Dnepropetrovsk, Kirovoqrad, Nikolayev, Odessa, Poltava, Çerniqov vilayətlərində, həmçinin Xerson vilayətinin Kiyevin nəzarətində olan hissəsində hava həyəcanı elan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu