Rusiya Kiyevə 28 PUA ilə hücum edib, 1 nəfər ölüb, 4-ü yaralanıb
Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
AFN UNIAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko bildirib.
O, yaralıların xəstəxanaya yerləşdirildiyini söyləyib.
V.Kliçko həmçinin Kiyevə 28 PUA ilə hücum edildiyini, onlardan yalnız 5-nin şəhərdəki müxtəlif infrastrukturları vurduğunu, qalanlarının isə zərərsizləşdirildiyini açıqlayıb.
Qeyd edək ki, bu gecə Rusiya Ordusu İran istehsallı PUA-larla Kiyevə hücum edib.