Kiyev dronların kütləvi hücumuna məruz qalıb
Kiyev administrasiyasının rəhbəri Popkov paytaxta ən kütləvi PUA hücumunun baş verdiyini açıqlayıb.
AFN.az xəbər verir ki, Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib ki, mayın 28-nə keçən gecə şəhər hərbi əməliyyatlar başlayandan bəri ən kütləvi pilotsuz təyyarə hücumuna məruz qalıb. O bildirib ki, Kiyevə hava hücumu beş saat davam edib: "Şəhərdə hava hücumundan müdafiə sistemləri işə düşüb. Partlayıcıların düşməsi nəticəsində müxtəlif ərazilərdə dağıntılar müşahidə olunub. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir".
Kiyev meri Vitali Kliçko silsilə partlayışlardan sonra Kiyevdə anbarın dağıdıldığını açıqlayıb. Onun sözlərinə görə, paytaxtın Solomenski rayonunda partlayışlar və yanğın baş verib.