Jitomirdə İran PUA-sı vurulub: adını "Şəhid" qoyublarmış
Ötən gecə ruslar Ukraynanın Jitomir bölgəsinə hücum ediblər. Amma hücum cəhdi uğursuz olub.
Belə ki, hücumda iştirak edən İranın”Şəhid “pilotsuz təyyarəsi Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. AFN.az Ukrayna mənbələrinə istinadən yazır ki, bu barədə Jitomir Vilayət Hərbi Administrasiyasının sədri Vitali Buneçko öz telegram kanalında məlumat verib: "Bu gecə hava hücumu zamanı düşmən “Şəhid” tipli pilotsuz uçan aparatdan istifadə edərək Jitomir vilayətinə hücum etməyə cəhd edib. Pilotsuz təyyarə bölgənin şimalında hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub".