Moldova MN Rusiya PUA-sının ölkə üzərində uçması xəbərini təkzib edib
Moldova Müdafiə Nazirliyi ötən gecə Odessa vilayətinə hücum edən Rusiya pilotsuz təyyarələrindən birinin Moldova hava məkanından keçməsi ilə bağlı Ukrayna tərəfinin məlumatını təkzib edib.
Nazirliyin məlumatına görə, heç bir pilotsuz təyyarə Moldova hava məkanından keçməyib. "Ukrayna tərəfi bizə Odessa vilayətində buraxılan bütün pilotsuz təyyarələrin Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini təsdiqlədi", - Müdafiə Nazirliyinin saytında deyilir.
Qeyd edək ki, Ukraynanın cənubundakı Müdafiə Qüvvələrinin Telegram kanalında PUA-nın Moldova üzərində on kilometrlərlə uçaraq yenidən Ukrayna hava məkanına daxil olduğu xəbəri yayılıb.