Yeni Ombudsman seçiləcək


Milli Məclisdə yeni Ombudsman seçiləcək.

AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Belə ki, iclasda “Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında” məsələ müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Ombudsman 7 il müddətinə seçilir. Eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.

Xatırladaq ki, hazırkı Ombudsman Səbinə Əliyeva 29 noyabr 2019-cu ildə Prezidentin irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən bu vəzifəyə seçilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu