Rusiyanın Ukraynaya raket zərbələri nəticəsində yaralanan 7 nəfərdən ikisinin vəziyyəti ağırdır


Fevralın 10-da Kiyev vaxtı ilə səhər saat 10:30 radələrində Rusiya silahlı qüvvələrinin Xarkov rayonuna raket zərbəsi endirib.


İlkin məlumata görə, partlayış nəticəsində 7 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Məlumatlar dəqiqləşdirilir. AFN.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov açıqlama verib.

Bundan başqa, Xmelnitski və Vinnitsada partlayışların olduğu bildirilir. Xmelnitskidə baş verən partlayışı şəhərin meri Oleksandr Simçişin təsdiqləyib. Elektrik enerjisinin kəsilməsi və digər kommunal xidmətlər mümkündür.
Kiyev meri Vitali Kliçko bildirib ki, raketlərdən birinin dağıntıları paytaxtın Holosiyev rayonunda avtomobilə və fərdi evin damına ziyan vurub.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu