Ukrayna Rostova raket zərbəsi endirib


Rusiya Müdafiə Nazirliyi Ukraynanın Rostov vilayətinin Taqanroq şəhərinə raket hücumu həyata keçirdiyini açıqlayıb.


Rusiya Müdafiə Nazirliyindən Ukrayna sərhədinə yaxın şəhərdə baş verən partlayışla bağlı yazılı açıqlamada bildirilir ki, Kiyev rejimi hücum versiyasına çevrilmiş S-200 hava hücumundan müdafiə sisteminin raketi ilə terror hücumu həyata keçirib.

Rusiya hava hücumundan müdafiə sisteminin Ukrayna raketini təsbit edərək havada dayandırdığı qeyd edilən açıqlamada vurulan raketin hissələrinin Taqanroq ərazisinə düşdüyü bildirilib.

“Kiyev rejimi tərəfindən həyata keçirilən terror aktı nəticəsində bir çox binaya ziyan dəyib, mülki əhali zərər çəkib”, - deyə məlumatda qeyd edilir.

Rostov vilayətinin qubernatoru Vasili Qolubev Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Azov bölgəsində ikinci raketin zərərsizləşdirildiyini açıqlayıb.

Partlayışda can itkisinin olmadığı, 10-dan çox insanın yaralandığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu