Ukraynadan Krım körpüsünə hücum barədə açıqlama


Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) sözçüsü Artem Dehtyarenko, Krım körpüsünə edilən hücumlarla bağlı, "Putin rejiminin simvollarından birinin yenidən hərbi yükə tab gətirə bilməməsini maraqla izləyirik", açıqlamasını verib.


Krım körpüsünə hücumu şərh edən Dehtyarenko yerli mətbuata açıqlamasında, "Sizə bildirmək istərdik ki, Ukrayna Təhlükəsizlik Xidməti qələbəmizdən sonra hücumun təşkili ilə bağlı bütün detalları mütləq açıqlayacaq", deyə vurğulayıb.

SBU komandanı Vasiliy Malyukun “beynəlxalq hüquq normaları, əməliyyat təhlilləri və müharibə ənənələri düşmənin logistika yollarını kəsməyə imkan verir” sözlərinə istinad edərək, Dehtyarenko qeyd edib ki, Krım körpüsü hazırda rus ordusu üçün maddi nəqliyyat dəhlizlərdən biridir.

Rusiya tərəfindən ilhaq edilən Krım Parlamentinin sədri Vladimir Konstantinov Krım körpüsünə Ukrayna tərəfindən hücum edildiyini, hücumda 2 nəfərin öldüyünü, bir uşağın isə yaralandığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu