Rusiya MN: "Ukrayna Krıma PUA-larla hücum edib"


Ukrayna Silahlı Qüvvələri Krım yarımadasına PUA-larla hücum edib.


“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-leytenant İqor Konaşenkov məlumat verib.

O bildirib ki, hücumun qarşısı alınıb:

“Ümumilikdə 10 PUA məhv edilib”.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bildirmişdi ki, müharibə Krımın azad olunması ilə başa çatacaq.

Xatırladaq ki, Krım 2014-cü ildə işğal edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu