Zelenski ordunun əks-hücum əməliyyatlarından narazıdır


Ukrayna Prezidenti Volodimir Zelenski ordunun əks-hücum əməliyyatlarından narazılığını ifadə edib.



AFN.az xəbər verir ki, o bu barədə “Fox News”a müsahibəsində danışıb.

O, Ukrayna hərbçilərinin əks-hücum əməliyyatında qeyri-kafi nəticə göstərdiyini etiraf edib: “Silahlı Qüvvələrimiz güclü olmaqda çətinlik çəkir. Daha çox nailiyyətə ehtiyac var”.

“Bu, film deyil, hər gün sehr ola bilməz”, - o, qeyd edib.

Qeyd edək ki, ABŞ müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Oustin daha əvvəl Qərbin sehrli çubuğunun olmadığını söyləyib. Onun sözlərinə görə, hər şey Kiyevin Qərbin verdiyi silahlardan necə istifadə etməsindən asılıdır.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu