Ukrayna müdafiə naziri: "Müharibə uzun çəkə bilər, çünki düşmən güclüdür"


“Müharibə uzun çəkə bilər. Çünki düşmən güclü və xaindir”.



AFN.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov Veteranlar Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, qələbə qazanmaq təkcə torpaqları azad etmək deyil: “Biz əmin olmalıyıq ki, düşmən yenidən hücum etməyəcək. Bu, çətin işdir”.

Nazir rəsmi Kiyevin qələbəsinə inamını ifadə edib: “Bu, əsl marafondur. Bizi hələ də ciddi itkilər gözləyir”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Rəsmi Kiyevin mövqeyinə görə, savaş Ukraynanın suverenliyinin bərpası, o cümlədən Krımın azad olunması ilə başa çatmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu