Zelenski: "“Şimal axınında” partlayışlar və Belqorod vilayətinin atəşə tutulmasında Kiyevin əli yoxdur"


Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, onun ölkəsi ötən ilin sentyabrında “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlarda, eləcə də Belqorod vilayətində baş verən atışmalarda iştirak etməyib.


AFN.az xəbər verir ki, Zelenski bunu Die Welt və Politico nəşrlərinə müsahibəsində deyib.

Ukrayna lideri “The Washington Post” qəzetində ABŞ kəşfiyyat orqanlarının Kiyevin qaz kəmərlərinə hücum planları barədə guya partlayışlardan 3 ay əvvəl məlumata malik olmaları barədə məqaləyə də münasibət bildirib.

“Mən prezidentəm və müvafiq sərəncamlar verirəm. Ukrayna belə bir şey etməyib. Mən bunu heç vaxt etmərəm”, - Zelenski vurğulayıb.

Prezident Qərb mediasını əvvəlcə real sübutlar göstərməyə, yalnız bundan sonra Ukrayna hakimiyyətini Avropa İttifaqı ərazisində təxribatda ittiham etməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu