Ukrayna əks-hücuma hazırdır - Zelenski


Ukrayna prezidenti Vladimir Zelenski ölkənin əks-hücum üçün hazır olduğunu bildirib.


AFN.az xəbər verir ki, "The Wall Street Journal"a müsahibəsində Zelenski əks-hücum əməliyyatı keçirmək üçün əlavə resurslara malik olmaq arzusunda olduğunu deyib, həmçinin qeyd edib ki, Ukrayna aylarla gözləyə bilməz. "Mən bunun nə qədər vaxt aparacağını və hansı qiymətə ödəyəcəyimizi dəqiq bilmirəm", - deyə prezident bildirib.

Zelenski qeyd edib ki, Rusiyanın havada üstünlüyü var və düşmən təyyarələrindən müdafiənin olmaması əks-hücum zamanı hərbçilərin çoxlu sayda itkisinə səbəb ola bilər.

Prezident həmçinin vurğulayıb ki, Ukrayna cəbhə xəttində mülki əhalinin və hərbçilərin müdafiəsi üçün əlavə "Patriot" komplekslərinə ehtiyac duyur. O, əks-hücumun nə qədər vaxt aparacağını dəqiq müəyyən edə bilməyəcəyini etiraf edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu