Zelenski: "Rusiyanın səmada üstünlüyü var, amma bizə döyüş təyyarələri vəd ediblər"


Zelenski Qərb təyyarələri olmadan Rusiya Federasiyasının səmada üstünlüyə malik olduğunu, lakin gələcəkdə bunu "qırıcılar koalisiyası" sayəsində düzəltməyin mümkün olacağına ümid etdiyini bildirib.


AFN.az xəbər verir ki, bu barədə “The Telegraph” Ukrayna prezidentinin Kişinyovda keçirdiyi mətbuat konfransına istinadən yazıb.

“Bizim müasir qırıcılarımız yoxdur, ona görə də Rusiya Federasiyasının səmada üstünlüyü var. Bizi eşitdikləri üçün tərəfdaşlara minnətdaram. Uzun müddət danışdıq, kiməsə təzyiq etdik”, - deyə Ukrayna prezidenti bildirib.

Zelenski əmin edib ki, çoxlu sayda ölkə artıq Ukraynaya döyüş təyyarələri verməyə hazırdır.

O, əlavə edib ki, müasir Qərb qırıcılarını qəbul etməzdən əvvəl Kiyevə daha çox “Patriot” hava hücumundan müdafiə sistemləri lazımdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu