Zelenski: Döyüş meydanında heç bir fasilə olmayacaq


Ukrayna prezidenti Vladimir Zelenski münaqişələrin dayandırılmasının Rusiyanın xeyrinə olacağını bildirib. O, qeyd edib ki, döyüş meydanında heç bir fasilə olmayacaq.


Zelenski Estoniyaya səfəri çərçivəsində prezident Alar Karis ilə görüşüb.

Paytaxt Tallində keçirilən görüşdən sonra birgə mətbuat konfransında Zelenski Rusiya ilə müharibə və NATO ilə əməkdaşlıq məsələlərinə toxunub. Döyüşlərin dayandırılması ssenarisinin Rusiyanın xeyrinə olacağını bildirən Zelenski qeyd edib ki, döyüş meydanında heç bir fasilə Rusiya Federasiyasının xeyrinə olar və gələcəkdə Ukraynaya qarşı müharibənin davam etməsinə səbəb olar. "Bu addım müharibəni dayandırmaz, Rusiya ilə siyasi dialoqa da gətirib çıxarmaz" - deyə Zelenski bildirib.

NATO ilə əlaqələr məsələsinə də toxunan Ukrayna lideri "Vaşinqtonda keçiriləcək sammitdə NATO-ya dəvət almağa layiqik. Kiyev bu addıma hazırdır. Bu, Rusiya təhdidinin qarşısını alacaq ən yaxşı təhlükəsizlik zəmanəti olardı" - deyib.

Estoniya prezidenti Alar Karis xatırladıb ki, NATO-ya üzvlük prosesi uzun çəkib.

Ukraynanın NATO üzvlüyünün sürətləndirilməsi lazım olduğunu vurğulayan Karis, "Bütün demokratik ölkələrin özünü müdafiə etməsinin yeganə yolu NATO-ya üzv olmaqdır" - deyə vurğulayıb.

Karis bildirib ki, Estoniya 2027-ci ilə qədər Ukraynaya 1,2 milyard avro yardım edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu