Zelenski Kiyevdə Cənubi Koreya prezidenti ilə görüşüb


Ukrayna prezidenti Volodimir Zelenski danışıqlar aparmaq üçün Ukraynanın paytaxtı Kiyevə gələn Cənubi Koreya prezidenti Yun Suk Yeol ilə görüşüb.


Zelenski Cənubi Koreyanı G7 ölkələrinin Ukrayna üçün təhlükəsizlik zəmanətlərində iştirak etməyə dəvət edib.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında, bir neçə milyon Ukrayna vətəndaşının Rusiyanın ilhaq etdiyi bölgələrdə olduğunu və ya zorla Rusiyaya sürgün edildiyini bildirən Zelenski, müharibə nəticəsində parçalanmış ailələri birləşdirmək üçün onların hamısını azad edərək, öz evlərinə, Ukraynaya qaytarmağın vacib olduğunu vurğulayıb.

Zelenski Ukraynanın sülh və xalqın təhlükəsizliyi üçün göstərdiyi səylərə verdiyi dəstəyə görə Cənubi Koreyaya və onun xalqına təşəkkür edib.

Prezident Zelenski həmçinin Cənubi Koreyanı G7 ölkələri ilə razılaşdırılmış Ukraynaya dəstək bəyannaməsində iştirak etməyə dəvət edib.

Ukraynanın yeni və genişmiqyaslı reabilitasiya sənayesinə ehtiyacı olduğuna diqqət çəkən Zelenski, Cənubi Koreyanı Ukraynada reabilitasiya mərkəzlərinin yaradılmasında liderliyini göstərməyə çağırıb.

Zelenski bildirib ki, Yoon ilə görüşdə iqtisadi əməkdaşlıq, o cümlədən enerji, nəqliyyat, dəmir yolu və Ukraynada istehsal müəssisələrinin yaradılması müzakirə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu