Zelenski: "Biz qısamüddətli müharibəyə hazırlaşırıq"


Ukrayna qısa müharibəyə və qələbəyə hazırlaşır, çünki ruslar heç vaxt ölkəni ələ keçirə bilməyəcəklər.


AFN.az xəbər verir ki, bunu İtaliya KİV-nə müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib. "Ruslar hələ başa düşməyiblər ki, biz bu gün bir il əvvəlkindən daha güclüyük və heç vaxt ümid etdikləri kimi Ukraynanı ələ keçirə bilməyəcəklər", - deyə Zelenski bildirib.
"Biz qısa müharibəyə və qələbəmizə hazırlaşırıq. Nə qədər tez olsa, bir o qədər az qurbanımız olacaq. 2014-cü ildə münaqişə dondu və bu, bizim xeyrimizə olmadı. Minsk razılaşmaları Putinə hazırlaşmağa vaxt verdi. Hücum üçün biz bir daha həmin tələyə düşməyəcəyik. Əsgərlərimiz daha çox motivasiyalıdırlar, çünki onlar ailələrini, evlərini qoruyurlar", - deyə prezident bildirib.
Qərb tərəfdaşlarının dəstəyinə gəlincə, Zelenski qeyd edib ki, heç kim təkbaşına döyüşməyi sevmir. "Kim nə vaxtsa bizim tərk edə biləcəyimizə inanırsa, o deməkdir ki, o, döyüşümüzün dərin motivasiyasını başa düşməyib. Biz üç yüz spartalı deyilik və özümüzü qəhrəman kimi hiss etmirik. Bilirik ki, Avropa bizim arxamızdadır və bunu başa düşənlər də var" - deyə o, öz fikrini açıqlayıb.
Rusiyanın yeni hücuma hazırlaşması ilə bağlı sualı cavablandıran Zelenski bildirib ki, Ukrayna qoşunları hazırda Rusiya qoşunlarından qat-qat güclüdür. "Biz bilirik ki, məğlub olsaq hər şeyi itirəcəyik: evləri, uşaqları, valideynləri. Ona görə də bizim üçün fərqi yoxdur ki, bu, köhnə və ya yeni bir hücum olacaq. 24 fevral 2022-ci ildə baş verənlərdən sonra artıq kompromislərdən heç nə qalmayıb. Beynəlxalq hüquq, humanist ola biləcək hər şey pozulub. Biz onlardan qorxmuruq. Heç kim onlardan qorxmur. Heç də hər şey onların planlarına uyğun getmir”, - deyə Zelenski bildirib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu