Zelenski: "Rusiya qisas alacaq"


Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın bu həftə qisas ala biləcəyini təsdiqləyib. Lakin dövlət başçısı düşmənin artıq bir il əvvəlki qədər güclü olmadığını deyib.


AFN.az xəbər verir ki, Zelenskinin "Die Welt"ə verdiyi müsahibədə rusların hətta bir il əvvəl də tammiqyaslı hücum üçün kifayət qədər resursa malik olmadığını bildirib. O, həmçinin, işğalçıların ruhdan düşdüyünü qeyd edib. "Bu həftə, əslində, Rusiya qisas ala bilər, deyirlər. Bizə hücum gözləmək lazımdır. Buna uyğun olaraq, əsəbilik var. Ukraynanın bəzi bölgələri 2014-cü ildən belə yaşayır. Amma ruslar artıq əvvəlki kimi güclü deyil. Bir il əvvəl - o vaxt da ölkəmizi işğal etməyə imkanları yox idi. Bu gün onlar zəifləyib, biz isə güclənmişik. Onlar həmçinin, bizim əsgərlərimiz kimi motivasiyaya malik deyillər. Biz öz ölkəmizdə döyüşür, evimizi və ailərimizi müdafiə edirik. İtirdiyimiz zaman həqiqətən hər şeyi itiririk: evlərimizi, ailə üzvlərimizi. Biz burada yaşayırıq”, - deyə Ukrayna lideri bildirib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu