Volodimir Zelenski: Belarusdan Ukraynaya təcavüz təhlükəsi yoxdur
“Kəşfiyyat məlumatlarını nəzərə alsaq, Belarusdan Ukrayna ərazisinə təcavüz təhlükəsi gözlənilimir”.
“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Şurasının iclasında bildirib.
Toplantıda cəbhədəki vəziyyət, Qərb ölkələrinin yeni müdafiə paketləri, yerli istehsalın qurulmasına dair məsələlər müzakirə edilib.
V.Zelenski pilotsuz uçuş aparatlarının istehsalında yaxşı nəticələrin olduğunu xüsusi vurğulayıb.