Zelenski İstanbula gəldi


Ukrayna prezidenti Volodimir Zelenski rəsmi səfəri çərçivəsində İstanbula gəlib.



Zelenskinin təyyarəsi Türkiyə saatı ilə 13.30 radələrində Atatürk hava limanına enib. Zelenski axşam prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Türkiyə Prezidentinin Rabitə Rəyasət Heyətinin görüşlə bağlı dünən verdiyi açıqlamada Ukrayna Prezidenti Volodimir Zelenskinin 2024-cü il martın 8-də Türkiyəyə rəsmi səfər edəcəyi qeyd edilib. Bildirilib ki, Ukrayna ilə Rusiya arasında davam edən müharibənin gedişi, Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi ilə bağlı təmaslardakı son vəziyyət, bölgədə daimi sülh axtarışları ətraflı müzakirə olunacaq.

Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və onun qonağı Volodimir Zelenski arasında Türkiyə və Ukrayna münasibətlərinin də müzakirə olunacağı açıqlanıb.

Mənbə: DHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu