Rusiya: Ukrayna təxribat qrupları Kursk və Belqoroda sızmağa cəhd göstərib


Ukrayna təxribat qrupları Rusiyanın cənubundakı Kursk və Belqorod vilayətlərinə soxulmağa cəhd ediblər.


Rusiya Milli Qvardiyasının (Rosqvardiya) mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir ki, qoşunlar Kursk vilayətinin Tetkino qəsəbəsi yaxınlığında Ukrayna təxribat-kəşfiyyat qruplarının hücumunu dəf edib.

Açıqlamada qeyd olunub ki, əməliyyatı Rosqvardiya qoşunları Rusiya Silahlı Qüvvələri və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları ilə birgə həyata keçirib.

Kursk qubernatoru Roman Starovoyt sosial media hesabından verdiyi açıqlamada Tetkino qəsəbəsində Ukrayna təxribat və kəşfiyyat qruplarının hücumlarının Rusiya təhlükəsizlik qüvvələri tərəfindən dayandırıldığını bildirib.

Rusiya Müdafiə Nazirliyi də öz bəyanatında Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətindəki Spodaryuşino qəsəbəsinə hücumunun qarşısı alındığını açıqlayıb. “Hava zərbələri və artilleriya atəşi nəticəsində təxminən 195 hərbi qulluqçu, 5 tank, 4 zirehli döyüş maşını, 3 UR-77 özüyeriyən minaatan reaktiv sistemləri və 3 hərbi tikinti maşını zərərsizləşdirilib” - deyə açıqlamada bildirilir.

Ukrayna təxribat qrupları martın 12-də Belqorod və Kursk vilayətlərinə girməyə cəhd edib və hücumlar Rusiya təhlükəsizlik qüvvələri tərəfindən dəf edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu