Rusiya kəşfiyyatından ŞOK İDDİA: Britaniya ukraynalılara AES-də təxribat törətmək üçün təlim keçib


Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov Britaniya xüsusi təyinatlılarının Ukrayna hərbi kəşfiyyat qruplarına Rusiya nüvə stansiyalarını təxribat etmək üçün təlim keçdiyini iddia edib.


TASS informasiya agentliyinin məlumatına görə, Bortnikov Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin təhlükəsizlik və xüsusi təyinatlı qurumları rəhbərlərinin Azərbaycanın paytaxtı Bakıda keçirilən iclasında çıxış edib.

Rusiya kəşfiyyatı FSB-nin avqust ayında Ukrayna təxribat və kəşfiyyat qrupu üzvlərini ələ keçirdiyini xatırladan Bortnikov, “Əməliyyat və istintaq zamanı təxribatçıların təlimi və planların hazırlanmasının Britaniya Silahlı Qüvvələrini xüsusi təyinatlıları tərəfindən həyata keçirildiyi müəyyən edilib" - deyə FSB direktoru bildirib.

Qrupun vəzifələrinə hərbi obyektləri, yanacaq, nəqliyyat və kritik infrastruktur obyektlərini sabotaj etmək olduğunu qeyd edən Bortnikov, onların xüsusilə Smolensk və Kursk Atom Elektrik Stansiyalarını təxribat etmək planlarının olduğunu iddia edib.

"Qərblilər yaraqlıların Ukrayna münaqişə zonasına doğru hərəkətini fəal şəkildə dəstəkləyirlər. Biz Avropanın 13 özəl hərbi şirkətinin əməkdaşlarının və 9 xarici paramilitar provayder bölməsinin üzvlərinin münaqişələrdə iştirakını qeydə almışıq. Ümumilikdə 35 ölkədən 794 muzdlu müəyyən edilib" - deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu