Myanmar ordusunun həyata keçirdiyi hava hücumunda ən azı 29 nəfərin öldüyü iddia edilib


Myanmar ordusunun şimalındakı Kaçin əyalətində bir kəndə təşkil etdiyi hava hücumu nəticəsində ən azı 29 nəfərin öldüyü, 56 nəfərin yaralandığı iddia edilib.



Myanmar Now xəbər agentliyinə danışan etnik silahlı qruplardan biri olan Kaçin Müstəqillik Ordusunun (KİA) sözçüsü polkovnik Naw Bu, ordunun gecə saatlarında KİA qərargahının yaxınlığında mülki əhalinin yaşadığı düşərgəyə hava hücumu təşkil etdiyini bildirib.

Naw Bu hücum nəticəsində ən azı 29 nəfərin öldüyünü, 56 nəfərin yaralandığını, ölənlər arasında çoxlu sayda uşaq və qocanın olduğunu iddia edib.

Hücum iddiaları ilə bağlı Myanma ordusu və dövlət mediasından heç bir açıqlama verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu