Böyük Britaniyanın müdafiə naziri Kiyevə səfər edib


Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Kiyevə elan olunmamış səfər edib.


AFN.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Aleksey Reznikov və Ben Uolles Ukrayna hərbçilərinin Böyük Britaniyada təlimlərinin davam etdirilməsi məsələlərini müzakirə ediblər.

Ukrayna Müdafiə Nazirliyinin rəhbəri ilə görüşdə Uolles hər dəfə Kiyevə səfərindən və Ukrayna hərbçiləri ilə ünsiyyətdən məmnun olduğunu bildirib. Öz növbəsində Reznikov bildirib ki, nazirlər Böyük Britaniyada təlim keçmiş və artıq “Storm Shadow” uzaqmənzilli qanadlı raketlərdən istifadə edən pilotlarla da görüşüblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu