Britaniyanın müdafiə naziri Kiyevə gizli səfər edib


Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bu həftə Ukraynanın paytaxtı Kiyevə gizli səfər edib.



AFN xəbər verir ki, bunu nazir tviterdə yazıb.

B.Uolles bildirib ki, Kiyevdə Ukraynanın müdafiə naziri Oliksiy Reznikovla görüşüb.

Tərəflər Ukraynaya artan hərbi yardımı müzakirə ediblər.

“Ukraynaya Rusiya təcavüzünə qarşı mübarizəsinə dəstəyimiz artır. Dəstəyimiz 2023-cü ildə və ondan sonra da davam edəcək”, - britaniyalı nazir qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu