Böyük Britaniya Ukraynaya daha 6 min vahid silah göndərəcək


Böyük Britaniya Ukraynaya daha 6 min vahid silah göndərmək niyyətindədir.


Bu barədə Avropa İttifaqı, G7 və NATO-nun martın 24-25-də Brüsseldə keçiriləcək sammitləri ərəfəsində baş nazir Boris Consonun ofisinin yaydığı məlumatda deyilir.

Ofisdə qeyd edilib ki, səfər zamanı hökumət başçısı Kiyevə yeni hərbi yardım paketini, o cümlədən tank əleyhinə raketlər də daxil olmaqla daha ​​altı min raketin göndərilməsini elan edəcək. Böyük Britaniya artıq Ukraynaya 4000-dən çox “Javelin” və NLAW tank əleyhinə raket kompleksləri göndərib.

“Böyük Britaniya müttəfiqləri ilə birlikdə Ukraynaya hərbi və iqtisadi dəstəyi artıracaq”, - deyə sənəddə bildirilib.

London bundan əlavə, Ukrayna hərbçilərinə maaşların ödənilməsi üçün Krallığın Xarici İşlər Nazirliyinin münaqişə zonalarında sabitliyi və təhlükəsizliyi təmin etmək üçün xüsusi fondundan 25 milyon funt-sterlinq (təxminən 56 milyon manat - red.) ayırmaq niyyətindədir. BBC Yayım Korporasiyasının dünya xidməti Rusiya və Ukraynada “dezinformasiya”ya qarşı mübarizə üçün daha 4,1 milyon funt-sterlinq (təxminən 9,2 milyon manat – red.) alacaq. Böyük Britaniyanın Ukraynadakı hərbi əməliyyatları araşdırmağa başlayan Beynəlxalq Cinayət Məhkəməsinin maliyyələşdirilməsinə 1 milyon funt-sterlinq (təxminən 2,2 milyon manat - red.) ayıracağı da gözlənilir.

Mənbə: TASS



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu