Türkiyə avqustda Rusiyaya rekord məbləğdə məhsul satıb - RƏQƏMLƏR
Avqust ayında Türkiyə Rusiyaya 949 milyon dollar dəyərində məhsul ixrac edərək yeni rekorda imza atıb.
Azpost.info xəbər verir ki, Türkiyə Statistika İnstitutunun məlumatına görə, bu, ötən ilin eyni ayı ilə (451 milyon dollar) müqayisədə iki dəfə, əvvəlki ayla (729 milyon dollar) müqayisədə isə 27 faiz çoxdur.
Almaniya yayın son ayında Türkiyə məhsullarının əsas idxalçısı olub. Ölkə Türkiyədən 1,6 milyard dollarlıq mal alıb. Türkiyədən tədarükün həcminə görə Almaniyadan sonrakı yerlərdə ABŞ (1,48 milyard dollar), İraq (1,25 milyard dollar), Böyük Britaniya (1,1 milyard dollar) və Rusiya gəlir.
Eyni zamanda, avqust ayında Türkiyəyə əsas məhsul tədarükçüsü Rusiya olub. Ölkə 6,29 milyard dollar dəyərində mal idxal edib. Rusiyadan sonra ən böyük ixracatçılar Çin (4,14 milyard dollar), Almaniya (2,49 milyard dollar), İsveçrə (1,75 milyard dollar) və ABŞ (1,3 milyard dollar) olub.