Rusiyadan Gürcüstana pul köçürmələrinin həcmi 2022-ci illə müqayisədə 10 dəfə artıb


2023-cü ilin yanvar-fevral aylarında Rusiyadan Gürcüstana pul köçürmələrinin həcmi 2022-ci ilin səviyyəsini 2023-cü ildə 10 dəfə üstələyərək 454,9 milyon dollar təşkil edib.


AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının məlumatında deyilir.

Bankın məlumatında qeyd edilir ki, Gürcüstana pul köçürmələrinin həcminə görə Rusiya birinci, İtaliya ikinci yerdədir. Bu ilin ilk iki ayında İtaliyadan 78,5 milyon dollar transfer edilib ki, bu da ötən illə müqayisədə 18,4% çoxdur. Bu sırada ABŞ üçüncü yerdədir - Birləşmiş Ştatlardan 59,1 milyon dollar köçürülüb ki, bu da 2022-ci ilin eyni göstəricisindən 43% çoxdur.

Ümumilikdə bu ilin ilk iki ayında xaricdən Gürcüstana 817,3 milyon dollar vəsait köçürülüb ki, bu da ötən ilin analoji göstəricisindən 132% çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstana xaircdən 4,3 milyard dollardan yuxarı vəsait daxil olub. Bunun 2 milyard 67 milyon dolları Rusiyadan reallaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu