Gürcüstanın turizm gəlirləri rekord həddə çatıb


2023-cü ilin yanvar-fevral aylarında Gürcüstanın turizmdən əldə etdiyi gəlir 607 milyon dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 176,9 faiz çoxdur.


“Galt & Taggart” investisiya şirkəti tərəfindən aparılan araşdırmanın nəticələri belədir.
“Fevralda Gürcüstanın turizm gəlirləri ötən ilin analoji ayı ilə müqayisədə üç dəfə artaraq 307 milyon dollar təşkil edib”, - məlumatda belə qeyd edilir.
Həmçinin, 2022-ci ildə Gürcüstanın turizm gəlirlərinin rekord həddə çatdığı bildirilir. Bu isə 2019-cu ildəki səfərlərin rekord sayını 7,6 faiz üstələyərək 3,5 milyard dollardan çox olub.
“2022-ci il ərzində Gürcüstana 5,4 milyon beynəlxalq səyahətçi səfər edib ki, bu da 2021-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 188,5 faiz çoxdur. Pandemiyadan əvvəlki dövrlə müqayisədə göstəricilər 58 faiz bərpa olunub”-araşdırma şirkətinin açıqlamasında belə deyilir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu