“iPhon”un gəlirləri azalıb
Amerikanın "Apple" şirkəti 29 dekabr 2018-ci tarixində yekunlaşan 2019-cu maliyyə ilinin I rübünün yekunlarına dair hesabatı açıqlayıb.
“iPhone”-un rüblük gəliri 84,3 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5 faiz azdır.
Beynəlxalq satış gəlirlərinin 62% -ni təşkil edib. Bir il öncəki 20 milyard dollar həcmində gəlirlə müqayisədə, xalis mənfəət 19,9 milyard dollar təşkil edib.
İl ərzində “İphone” satışından əldə olunan gəlirlər 15 faiz azalıb, “Mac” və “iPad” satışından əldə olunan gəlirlər isə müvafiq olaraq 9 faiz və 17 faiz artıb.
Servisdən əldə olunan gəlirlər isə rekord həddə, yəni 10,9 milyard dollar həcmində müəyyənləşib ki, bu da ötən illə müqayisədə 19 faiz çoxdur.
Mənbə: İnsider.az