Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb


2020-ci ilin yanvar-avqust aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,28 faiz artaraq 27,484 milyon dollar təşkil edib.



Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Avqust ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin avqustu ilə müqayisədə 40,2 faiz azalıb və 2,687 milyon dollara bərabər olub.

2020-ci ilin yanvar-avqust aylarında Türkiyənin dünya bazarlarına hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz azalaraq 10,33 milyard dollar təşkil edib.

Hesabat dövründə hazır geyim ixracı Türkiyənin ümumi ixracının 10,1 faizini təşkil edib.

Son 12 ay ərzində (avqust 2019 - avqust 2020) Türkiyə 16,239 milyard dollar məbləğində hazır geyim ixrac edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu