G7 Ukraynaya yardımı davam etdirməklə bağlı razılığa gəlib


G7 ölkələrinin liderləri Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiya və onu dəstəkləyən ölkələrə xərcləri artırmaq üçün əlavə sanksiyalar və məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə razılaşıblar.


AFN.az xəbər verir ki, bu barədə "Reuters" G7 liderlərinin hələ dərc olunmayan birgə bəyanatına istinadən məlumat yayıb.

Agentliyin qeyd etdiyi kimi, G7 ölkələri hələ də Ukraynaya lazım olduğu müddətcə maliyyə, humanitar, hərbi və diplomatik dəstək vermək niyyətində olduqlarını təsdiqləyiblər. Bundan başqa, onlar Çinin dünyada artan nüfuzu fonunda daha da yaxınlaşmaq niyyətindədirlər.

Avropa Şurasının rəhbəri Çarlz Mişel Xirosimada keçirdiyi mətbuat konfransında bildirib ki, Avropa İttifaqı Rusiyadan gələn almaz ticarətinə məhdudiyyətlər qoymağı planlaşdırır.

Böyük Britaniya Rusiya mənşəli almaz, mis, alüminium və nikelin idxalına artıq qadağa qoyub. Baş nazir Rişi Sunak bildirib ki, bu ilin sonunda ölkə Rusiya almazlarının idxalını qadağan edən qanun qəbul edəcək və Rusiya dəmir və poladına mövcud qadağa əsasında Rusiya mənşəli mis, alüminium və nikelin bütün idxalını dayandıracaq.

ABŞ G7 liderlərinin sammiti ərəfəsində də Rusiyanın 300-ə yaxın şirkəti, fiziki şəxsləri, gəmiləri və təyyarələrinə qarşı yeni sanksiyalar elan edib. İxrac məhdudiyyətləri Rusiya Federasiyasının və digər ölkələrin 70 müəssisəsini əhatə edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu