KİV: Aİ alüminium məhsullarını Rusiyaya qarşı yeni sanksiyalar siyahısına daxil edə bilər
Rusiya alüminium məhsulları Avropa İttifaqının Rusiya Federasiyasına qarşı sanksiyalarının 13-cü paketinə daxil edilə bilər.
Bu barədə “Politico” qəzeti icmadakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Aİ bu yolla Rusiya enerjisinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir: elektrik enerjisinin dəyəri alüminium əritməsində istehsal xərclərinin 40%-ni təşkil edir.
Avropa Alüminium Sənayesi Assosiasiyasına görə, əvvəlki sanksiyalar Rusiya alüminiumunun idxalını cəmi 15% məhdudlaşdırıb. Avropa diplomatlarından birinin qeyd etdiyi kimi, Aİ ölkələri tezliklə bu metalın Rusiya Federasiyasından idxalına dair əlavə təfərrüatları müzakirə etməyə başlayacaqlar ki, bu da son nəticədə Rusiya Federasiyasından bu metalın idxalına tam qadağa təklifinə çevriləcək.
Daha əvvəl "Bloomberg" öz mənbəsinə istinadən xəbər verib ki, Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiyalar paketini müzakirə etməyə başlayıb. Agentliyin məlumatına görə, fevralın 24-dək qəbul edilməsi planlaşdırılan məhdudiyyətlər yanvarın 17-də icma ölkələrinin səfirlərinin görüşündə müzakirə olunub. Onlar sanksiya siyahılarının genişləndirilməsini, əlavə ticarət məhdudiyyətlərini, habelə məhdudiyyətlərdən yayınma ilə mübarizə tədbirlərini müzakirə ediblər.