Aİ Rusiyaya premium avtomobillərin, hibridlərin və elektromobillərin ixracını tamamilə qadağan etdi


Xəbər verildiyi kimi, Avropa Komissiyası Rusiyaya qarşı 11-ci sanksiyalar paketini təsdiqləyib.


Yeni sanksiyalarla Avropadan Rusiyaya premium avtomobillərin tədarükünə tam qadağa təsdiq edilib. Sənədə həm yeni, həm də işlənmiş mühərrikləri 1,9 litrdən çox olan lüks avtomobillərin Aİ-dən idxalına qadağa daxildir. Hər hansı hibrid və elektrik avtomobillərinin ixracı da qadağandır.

Qeyd edək ki, əvvəllər sanksiyalar yalnız 50 min avrodan (4,6 milyon rubl) baha olan avtomobillərə şamil edilirdi.

Avtomobillərin idxalı ilə bağlı Rusiyaya qarşı ilk qadağalar Avropa İttifaqı və ABŞ tərəfindən keçən ilin yazında tətbiq edilib. Bu sanksiyalar Rusiya avtomobil bazarının premium seqmentini ciddi şəkildə "vurub". İndi isə sanksiyaların həm tam elektrik, həm də hibrid olan elektrikləşdirilmiş avtomobillərə şamil edilməsinə qərar verilib. Qadağaya 50 min avrodan ucuz, lakin 1,9 litrdən çox mühərriklə təchiz edilmiş avtomobillər daxildir.

Avropa Komissiyasının press-relizində bildirilir ki, 11-ci sanksiyalar paketi müəyyən növ avtomobil hissələrinin tədarükünə tam qadağa tətbiq edir. Sanksiya siyahılarına 87 hüquqi şəxs daxil ediləcək, Rusiya ərazisindən malların tranzitinə əlavə qadağalar fəaliyyətə başlayacaq.

Hələ ki, Yaponiyadan Rusiyaya işlənmiş avtomobillərin tədarükünə maneə olub-olmayacağı ilə bağlı dəqiqlik yoxdur. Bundan əvvəl bildirilmişdi ki, Yaponiya minik avtomobillərinin Rusiya bazarına tədarükünə tam embarqo tətbiq etmək istəmir, çünki Rusiya yapon avtomobillərinin ixrac həcminin təxminən 40 faizini tutur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu