Yaponiyadan təkərlərin tədarükünə qoyulan qadağaya Rusiyadan reaksiya


Yaponiyanın Rusiyaya yük avtomobili təkərlərinin tədarükünü qadağan etməsi daxili bazara təsir etməyəcək.


AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin rəhbərinin müavini Mixail Yurin bildirib.

Onun sözlərinə görə, Yaponiyadan gətirilən məhsulların həcmi tezliklə digər xarici və rus istehsalçıları ilə əvəz olunacaq.

"2022-2023-cü illər ərzində Yaponiyadan yük avtomobili təkərləri idxalı ümumi həcmin 1%-dən bir qədər çoxunu təşkil edib. Ümumilikdə, Rusiya 50-dən çox ölkədən yük avtomobili təkərləri idxal edir, ona görə də bu həcmlər ən qısa müddətdə həm xaricdən, həm də Rusiyadan olan digər istehsalçılar tərəfindən dəyişdiriləcək", - deyə Mixail Yurin bildirib.

Xatırladaq ki, Yaponiya hökuməti yeni anti-Rusiya sanksiyalar paketi çərçivəsində mühərrikinin həcmi 1,9 litrdən çox olan avtomobillərin Rusiya Federasiyasına ixracını qadağan etmək qərarına gəlib. Qadağa həmçinin hibrid mühərrikli avtomobillərə və yük maşınları üçün təkərlərə də şamil edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu