Rusiya məhsullarının idxalı ən aşağı səviyyəyə düşüb


2022-ci ildə Avropa İttifaqı Rusiyaya mallarının ixracını üçdə birdən çox azaldıb.


Bu, Rusiyanın Ukrayna ərazilərini işğal etməsi ilə bağlıdır. Nəticədə, 2012-ci ildən bəri Avropa İttifaqının Rusiayay ixracı ən aşağı səviyyəyə düşüb. “Eurostat” bu barədə məlumat yayıb.
Avropa İttifaqından Rusiyaya mal ixracı il ərzində 38 faiz azalaraq 55,2 milyard avro təşkil edib. 2012-ci ildə bu məbləğ iki dəfə yüksək olub. Rusiya Mərkəzi Bankının məlumatına görə, ən çox azalma avadanlıq və nəqliyyat vasitələrinin ixracında qeydə alınıb. Bu göstərici 59 faiz təşkil edib. Digər sənaye mallarının ixracı isə 39 faiz azalıb ki, bu da Rusiya biznesi üçün ciddi problemə çevrilib.
Qida və içkilərin ixracı dəyişməz qalıb.
Eyni zamanda, Rusiyadan Avropa İtifaqına idxal il ərzində 24 faiz artaraq 203,4 milyard avro təşkil edib və demək olar ki, maksimum həddə çatıb. Ən çox artım isə enerji idxalında qeydə alınıb-42 faiz.
Bildirilib ki, neft sanksiyaları ərəfəsində Aİ ölkələri neft tədarükünü kəskin şəkildə artırıb. Rusiya maye qazının idxalında da xeyli artım baş verib.
Eyni zamanda “Eurostat” qeyd edir ki, 2022-ci ilin mart ayı ilə müqayisədə, neft sanksiyalarının fəaliyyətə başladığı dekabrda Rusiyadan ümumi idxal 53 faiz azalıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu