Avropa Mərkəzi Bankı 2004-cü ildən bəri ilk dəfə zərərlə üzləşib
Avropa Mərkəzi Bankı (AMB) 2023-cü il üçün maliyyə nəticələrini açıqlayıb.
Keçən il Avropa Mərkəzi Bankı 2004-cü ildən bəri ilk dəfə inflyasiyaya qarşı faiz artımı səbəbindən zərər edib.
Bank ötən il faiz artımı səbəbindən 1,3 milyard avro itirdiyi halda, ECB-nin yüksək faiz xərcləri səbəbiylə 2004-cü ildən bəri ilk dəfə zərər elan etməsi diqqət çəkib.
ECB maliyyə riskləri üçün 6,6 milyard avro ayırdığı halda, bu rəqəm gözləniləndən yüksək olmaqla 7,9 milyard avro təşkil edib və ECB Şurası qalan 1,3 milyard avronun gələcək mənfəətdən balansda "keçmiş zərərlər” kimi kompensasiya edilməsinə qərar verib.
ECB 20 ilə yaxın mənfəət əldə etdikdən sonra 2022-ci ildə mənfəət elan etməyib.
Avropa Mərkəzi Bankının açıqlamasında “Yaxın bir neçə il ərzində zərərlə üzləşmək mümkündür, lakin bundan sonra davamlı mənfəət əldə etməyə qayıtmağın nəzərdə tutulduğu” bildirilib.
Yüksək faiz dərəcələri ECB-nin xalis faiz xərclərini artırıb. Xalis faiz xərcləri 2022-ci ildəki 900 milyon avrodan keçən il 7,2 milyard avroya yüksəlib.
Bankın balansının ümumi həcmi keçən il əvvəlki illə müqayisədə 24 milyard avro azalaraq 674 milyard avroya düşüb.
Bankın personala xərclədiyi məbləğ 652 milyon avrodan 676 milyon avroya yüksəlib.
ECB-nin işi qiymətləri sabit saxlamaq olsa da, istənilən mənfəət və ya zərər yan məhsul kimi görünür. Bununla belə, bəzi analitiklər hesab edirlər ki, sözügedən zərər AMB-yə siyasi təzyiqi artıra və onun müstəqilliyini təhdid edə bilər.
ECB sonuncu dəfə 2004-cü ildə avronun sürətlə bahalaşması səbəbindən məzənnə itkiləri səbəbindən 1,63 milyard avro zərər etdiyini elan etmişdi.