Azərbaycanda da dəbdə olan brendlərin sahibi 2022-ci ildə rekord gəlir əldə edib


"Zara" və "Bershka" brendlərinin sahibi olan İspaniyanın "Inditex" geyim şəbəkəsi 2021-ci illə müqayisədə 2022-ci maliyyə ilində xalis mənfəətində 27% artım müşahidə edib.


AFN.az bu barədə qrupun saytında dərc olunan məlumata istinadən xəbər verir. Bildirilir ki, xalis mənfəət 2021-ci illə müqayisədə 27% artaraq 4,13 milyard avro təşkil edib. Bundan əlavə, satışlar 2021-ci ildən 17,5% artaraq 32,569 milyard avroya çatıb. “Satışlar, vergilərdən əvvəl xalis gəlir, faiz, amortizasiya və xalis gəlir bütün zamanların ən yüksək səviyyəsini vurub”, - deyə şirkət bildirib.

Azərbaycanda da onlarla mağazası olan "Inditex" ötən ilin martından Rusiyanın Ukraynada başladığı müharibə ilə əlaqədar Rusiyada olan 500 mağazasını bağlayıb. Oktyabr ayında şirkət Rusiya biznesini "Daher Group"a satıb.

"Inditex" ispaniyalı Amansio Orteqa tərəfindən təsis edilib. Şəbəkənin 100 ölkədə 7 minə yaxın mağazası var. Ən məşhur "Inditex" brendləri "Zara", "Pull&Bear", "Massimo Dutti", "Bershka", "Stradivarius" və "Oysho"dur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu