ABŞ-ın çip istehsalçısı Nvidia-dan rekord gəlir
Nvidia balans hesabatında 2024-cü maliyyə ilinin dördüncü rübü olaraq qəbul etdiyi 28 yanvarda sona çatan 3 aylıq dövr üçün maliyyə nəticələrini açıqlayıb.
Kaliforniyada yerləşən çip istehsalçısı Nvidia-nın gəliri bazar gözləntilərini üstələyib və yanvarın 28-də başa çatan 3 aylıq dövrdə 22,1 milyard dollarla rekord qırıb.
Buna görə şirkətin sözügedən dövrdə gəliri hər il yüzdə 265 artaraq 22,1 milyard dollara çatıb.
Gəlirini əvvəlki rüblə müqayisədə 22 faiz artıran Nvidia, keçən ilin eyni rübündə 6,1 milyard dollar gəlir əldə edib.
Bazar gözləntisi Nvidia-nın bu dövrdəki gəlirinin 20,6 milyard dollar olacağı idi. Çip istehsalçısı cari rüb üçün gəlir gözləntisini 24 milyard dollar olaraq açıqlayıb.
Nvidia-nın xalis mənfəəti sözügedən rübdə illik 769 faiz artaraq 12,29 milyard dollara çatıb. Şirkət ötən ilin eyni dövründə 1,41 milyard dollar mənfəət əldə edib.
Ötən maliyyə ilinin dördüncü rübündə 57 sent olan şirkətin səhm başına qazancı bu dövrdə 4,93 dollara yüksəlib.
Süni intellekt çiplərinə tələbat artmaqda davam edərkən, Nvidia-nın səhmləri ilin əvvəlindən bu yana 36 faizdən çox dəyər qazanıb və şirkətin bazar dəyəri 1,67 trilyon dollara çatıb.