Rusiyadan neft məhsullarının ixracı azalıb


Aprel ayında Rusiyadan neft məhsullarının dəniz ixracı aylıq bazda 5 faiz azalaraq martda 12,4 milyon tondan 11,4 milyon tona düşüb.


AFN.az xəbər evrir ki, bu barədə "Reuters" sənaye mənbələrinə istinadən xəbər verib. Bildirilir ki, Qara və Azov dənizlərində Rusiyanın nəzarətində olan limanlardan daşınmalar 9 faiz azalaraq 4,48 milyon tona düşüb. Primorsk, Vısotsk, Sankt-Peterburq və Ust-Luqada Baltik limanlarından yanacağın ixracı apreldə 1,5 faiz azalaraq 6,1 milyon tona düşüb. Uzaq Şərq limanlarından tədarüklər isə əksinə, 0,5 faiz artaraq 743,8 min tona çatıb.

Rusiya mediası Rusiya limanlarından tədarükün azalmasını neft emalı zavodlarında (NEZ) mövsümi təmir işləri və daxili tələbatın artması ilə əlaqələndirirlər. "Mart ayında Rusiya neft məhsullarının ixracı rekord səviyyəyə yaxın idi və bəzi neft emalı zavodları təmiri may ayına təxirə saldığı üçün apreldə tədarükün azalması nisbətən kiçik oldu" - deyə lenta.ru treyderlərə istinadən yazır.

Eyni zamanda, apreldə ilkin neft emalı üzrə boş tutumlar martda 1,4 milyon tona qarşı 2,5 milyon ton təşkil edib.

"Vedomosti" istə vəziyyəti izah edərkən bildirib ki, Rusiya şirkətləri martda neft məhsullarının ixracının rekord həcminə nail ola biliblər, digər şeylər arasında, azalmış tələbin reallaşması hesabına – fevralda Qara dənizdə fırtınalı hava şəraiti səbəbindən tədarük kəskin şəkildə azalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu