Rusiya 2022-ci ildə Çinə neft ixracını 67 milyon tona çatdırıb


Rusiya 2022-ci ildə Çinə neft ixracını 67 milyon tona çatdırıb ki, bunun da 40 milyon tonu boru kəməri, 26 milyon tonu limanlar vasitəsilə göndərilib.


AFN.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak məlumat verib. Onun sözlərinə görə, 2023-cü ildə Çinə neft tədarükünün həcmi daha da artacaq. "Çin ixrac etdiyimiz neft, ümumi ixrac etdiyimiz neftin demək olar ki, üçdə bir hissəsidir" - deyə nazir müavini qeyd edib.

2022-ci ildə Rusiyanın neft ixracı 7,6% artaraq 242 milyon ton təşkil edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu